Вторник, 19.03.2024, 05:51
Приветствую Вас Гость

Национальная Академия Авиации Азербайджана

Кафедра "Радиоэлектроника"

 

ALİ MƏKTƏBİN BAKALAVR PİLLƏSİNDƏ BURAXILIŞ İŞLƏRİNİN HAZIRLANMASI QAYDALARI


1. Buraxılış işinin həcmi: Titul vərəqi, tapşırıq vərqi, referat (Azərbaycan və Rus dillərində),  mündəricat,  40 – 45 səhifə hesabat – yazı hissəsi, nəticə, ədəbiyyat, qrafiki materialar və əlavələrdən (əgər varsa) ibarət olur.

2. Buraxılış işinin hesabat yazı hissəsi Times New Roman  14, Interval – 1,5 – şrifti ilə tərtib olunur.

3. Hesabat yazı hissəsində standarta uyğun olaraq hər bir vərəqdə soldan 30 mm, yuxarıdan 20 mm, sağdan 10 mm, aşağıdan 20 mm boş sahələr buraxılır.

4. Hesabat mətnlərində düsturla mətn arasında yuxarıdan və aşağıdan bir sətr boş buraxılır. Düsturlar səhifənin sətrlərinin ortasında, düstur nömrələri isə sağda sətrin sonunda yazılır.

5. Buraxılış işinin fəsil və ya bölmə başlıqları səhifənin ortasından Times New Roman  14 – şriftinin böyük (qara-yağli) hərfləri ilə yazılır və 1,2,3,...-rəqəmləri ilə, bölməyə daxil olan kiçik başlıqlar isə mətn ardıcıllığı ilə Times New Roman  14 – şriftinin kiçik (qara-yağlı) hərflərləi ilə yazılır və böyük başlıqlara müvafiq olaraq 1.1., 1.2, ....2.1, 2.2., ... və s. rəqəmləri ilə sıralanır..  

6. Mətn daxilindəki struktur, funksional, prinsipial sxemlər, qrafiklər, çertyojlar və şəkillər ayrıca vərəqlərdə 15 mm – lik künc ştamplı çərçivə daxilində verilirlər. (Çərçivənin ölçüləri bütün növ künc ştampları üçün eynidir və soldan 20 mm, sağdan, yuxarıdan və aşağıdan 5 mm təşkil edir). 

7. Buraxılış işinin hesabat-yazı hissəsi tamamlandıqdan sonra, onun əsas qrafiki materialları (Struktur, funksional və prinsipial sxemlər, qrafiklər, çertyojlar, şəkillər və s.) ədəbiyyatdan sonra 55 mm-lik çərçivə daxilində verilir və buraxılış işinin həcminə daxil olmurlar.

8. Əlavələr (qrafiklər, cədvəllər, şəkillər və s.) ən sonda verilir və səhifə sayına daxil deyil. 

9. Böyük bölmələr səhifənin əvvəlində və ya ortasında qurtararsa növbəti böyük bölmə yeni səhifədən başlanır.

10. Buraxılış işinin, məruzə üçün hazırlanmış prezentasiyası qrafiki materiallar daxil olmaqla elektron versiyada  CD və ya DVD diskə yazılaraq əlavə olunur.

 
ALİ MƏKTƏBİN BAKALAVR PİLLƏSİNDƏ BURAXILIŞ İŞLƏRİNİN HƏCMİNİN BÖLMƏLƏR ÜZRƏ TƏQRİBİ PAYLANMASI

1. Giriş:  ~  3 – 5 səhifə;

2. Qurğunun struktur sxeminin analizi ~ 10 səhifə;    

3. Qurğunun eskiz hesabatı ~10 səhifə;

4. Prinsipial elektrik sxeminin elektrik hesabatı ~ 15 – 20 səhifə;

5. Nəticə - 1 səhifə;

6. Ədəbiyyat – 1 səhifə. 

 
ПРИМЕРЫ ОФОРМЛЕНИЯ ТИТУЛЬНЫХ СТРАНИЦ

 
Наш опрос
Оцените сайт кафедры
Всего ответов: 274
Статистика
Поиск
Календарь
«  Март 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031





Copyright NAA AREC © 2024 | Бесплатный хостинг uCoz